Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-26 11:18:00
Elm adamlarından qarşıdakı  iki illə bağlı ciddi  xəbərdarlıq - "2020-ci ilə qədər hər şey..."

60 elm adamı iqlim dəyişikliyi səbəbindən,  qarşıdakı iki illə bağlı xəbərdarlıq ediblər.

AzEdu.az  xarici mediaya istinadən xəbər verir ki, onlar 2020-ci ili əsas təhlükə dönəmi kimi  göstərərək,  çox gec olmadan hərəkətə keçmək lazım olduğunu bildiriblər.

İqlim dəyişikliyini  araşdıranlar  karbon dioksid təzyiqinin ciddi fəsadlarının yayılması  üçün son iki ilin qaldığını vurğulayıblar.

Onlar karbon dioksidin təsirinin 2020-ci ildən sonra artacağı təqdirdə, qarşıya qoyulan hədəflərə nail olmağın mümkünsüzlüyünü bildiriblər.

Enerji, torpaq istifadəsi, sənaye, iqtisadiyyat sahələrində 2020-ci ili hədəf göstərən mütəxəssislər bu sektorlarda hiss ediləcək qədər xammal azalması olacağından ehtiyat edirlər.

Dünyanın G20 toplantısında iştirak edən ən məşhur 19 iqtisadçısı, Avropa Birliyinin elm adamları iqlim dəyişikliyi barədə önəmli tədbirlərin görülməli olduğunu deyiblər.

 Onlar Paris İqlim Anlaşmasına da diqqət çəkiblər.

Alimlərin sözlərinə görə, 2015-ci ildə 190-dan çox ölkənin qəbul etdiyi Paris İqlim Anlaşması zərərli qazların miqdarını 2030-cu ilə qədər  56 milyard ton azaltmağı hədəfləyir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları