Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-15 11:30:00
Distant dərslərə qoşulmaq üçün şagirdlərə minlərlə planşet paylanılıb-Nazirlik

Koronavirus  pandemiyasının qarşısını almaq məqsədilə  ölkə xaricində də bütün təhsil ocaqları distant təhsilə  keçib.  Hazırda distant forma təhsilin fasiləsizliyini təmin etmək üçün yeganə çıxış yoludur.

 

Azedu.az Türk mediasina istinadən xəbər verir ki, şagirdlərin hər birini distant dərslərə cəlb etmək məqsədilə xeyli sayda planşetlər paylanıb.

 

Ənənəvi  dərslərdən danışan Təhsil naziri Ziya Səlcuq  məktəblərin açılması üçün hazırkı vəziyyətin yumşalmasını gözləməyin vacibliyini vurğulayıb. O, dekrabrın 21-inə qədər 200 min, növbəti ilin yanvar ayının ortalarına qədər isə 300 min planşetin şagirdlərə paylanacağını bildirib.

“Təhsil Nazirliyi olaraq hərkəsin  bərabər şərtlərlə təhsil almasını, dövrün tələb etdiyi bilik, bacarıq və vərdişləri qazanmasını, milli və bəşəri dəyərlərə sahib, öyrənməyə maraqlı, sağlam və xoşbəxt şəxslər olaraq yetişməsi  öncəliyimizdir”-deyə Təhsil naziri Ziya Səlcuq vurğulayıb.