Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 14:30:00
İcmal nümunələrinin yazılması şərtdir?- Vacib məsələ

Dekabrın-14-dən  etibarən müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb.

Müsahibə ilə bağlı namizədləri narahat edən əsas məsələlərdən biri icmal mövzuların yazılması ilə bağlıdır.

Bu barədə Azedu.az-a danışan kurikulum təlimçisi Mahir Əhədov icmalın yazılması ilə bağlı təlimat olmadığını vurğulayıb:

 

“Əvvəlki illərdə real müsahibələr olanda icmal nümunələri tələb olunurdu. Növbəti illərdə bu tələb olunmadı, məsələn, keçən il müsahibə ekspertləri icmal nümunələri istəməyiblər.  Yaxud elə olurdu ki, bu tamamilə ekspertlərdən asılı olurdu, icmal nümunələrinə diqqət edənlər də, etməyənlər də vardı.  Əslində icmalın yazılması mütləq deyil.  Amma Nazirlik bununla bağlı açıqlama vermədiyinə görə mən icmalın yazılıb yazılmaması ilə bağlı dəqiq bir şey deyə bilmərəm.  Namizədlərə göndərilən təlimatlarda da icmalın yazılması ilə bağlı heç bir fikir irəli sürülmür”.

 

Qeyd edək ki, diplom və şəxsiyyəti təsdiq edən sənəd müsahibə zamanı namizədin yanında olmalıdır.