Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 10:14:00
Onlayn dərslərdə iştirak etməyənlərin qeydiyyatı bu cür aparılır 

Ötən tədris ilinin mart ayından etibarən bütün növ təhsil müəssisələrində tədris onlayn qaydada aparılır.

 

Əksər təhsilalanları maraqlandıran isə dərslərdə iştirak etməyənlərin qeydiyyatının aparılıb-aparılmamasıdır.

 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, təhsilalanların virtual dərslərdə iştirakının qeydiyyatı məktəb səviyyəsində aparılır. 

 

“Virtual Məktəb”ə inteqrasiya olunmuş “Insight” aləti müəllimlərə şagirdlərin davamiyyətinə nəzarət etməyə, həmçinin, statistik məlumatların əldə olunması və təhlilinə şərait yaradır. 

 

Eyni zamanda, məktəb üzrə bütün sinifləri görmək səlahiyyətinə malik olan direktor və direktor müavinləri siniflər üzrə məsafədən təşkil olunmuş dərslərə, davamiyyətə nəzarət edir, icmallaşdırılmış məlumatların toplanılması və təhlilini həyata keçirilirlər.(Ted.az)