Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-13 12:04:00
BMU-nun Qadınlar Şurası universitetin məzununa maddi dəstək göstərib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası ötən tədris ilində BMU-nun məzunu olmuş Gülnurə Hüseynliyə maddi dəstək göstərib.

 

AzEdu.az xəbər verir ki, BMU Qadınlar Şurasının sədri Ətrabə Gül hazırda müalicəsini davam etdirən G.Hüseynlinin valideyni ilə də görüşüb və övladının müalicəsi ilə yaxından maraqlanıb. Tələbənin valideyni BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla Qadınlar Şurasının heyətinə öz minnətdarlığını ifadə edib.

 

Qeyd edək ki, BMU Qadınlar Şurası həm universitet daxilində, həm də kənarda mütəmadi olaraq müxtəlif yardım aksiyaları keçirir. Şura bundan öncə Ermənistanın müharibə cinayətləri nəticəsində yaşayış evləri ciddi zərər görmüş bir qrup Tərtər sakininə yardım etmişdi.