Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-12 09:15:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 11-nə olan cədvələ uyğun yayımlanıb.

Agentlikdən AzEdu.az-a bildirilib ki, proqramda aşpaz, kompüter operatoru, dizayner, avtomatika üzrə usta, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, turizm təşkilatçısı, heyvandarlıq mütəxəssisi, turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə dərslər təqdim olunub.

 

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyi rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.