Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 16:58:30
AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

2018/2019-cu tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olan bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış); 

- 4 ədəd fotoşəkil (3×4 sm).

AzEdu.az xəbər verir ki, qeydiyyat 2018-ci il iyun ayının 28-dən iyul ayının 11-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150) aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.