Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-10 16:46:00
Distant dərs zamanı valideynlərin üzərinə düşən vacib işlər – Zəruri tövsiyələr

 

 

Pandemiya şəraitilə əlaqədar ənənəvi tədrisi onlayn dərslər əvəz etsə də şagirdlərdə adaptasiya ilə bağlı problemlər yaranır.

 

Yaranan çətinlikləri aradan qaldırmaq üçün müəllimlərlə yanaşı, valideynlərin də üzərinə böyük yük düşür.

 

AzEdu.az xarici KİV-ə istinadən onlayn dərs zamanı valideynlərin  görməli olduqları tədbirləri təqdim edir:

 

 

Mobil telefondan istifadəyə limit qoyun

 

Pandemiya səbəbindən uşaqların ənənəvi həyat tərzi pozulub. Nəticədə, daha çox evdə qalmağa məhkum olan uşaqlarda telefon və planşetdən  istifadə müddəti  artır.  Bu isə onların inkişafına mənfi təsir göstərəcək vərdişlərə gətirib çıxarır.

Bu səbəbdən də, uşaqlar onlayn dərslərə adaptasiya məsələsində çətinlik çəkə bilərlər.

 

Bu zərərli vərdişlərin aradan qaldırılması üçün ənənəvi dərslərdə olduğu kimi, onlayn dərslərdə də uşaqların telefondan istifadə müddətini azaltmaq lazımdır.

 

Duyğularını bölüşməsinə şərait yaradın

 

Ənənəvi təhsildə uşaqların məktəbə gedib-gəlməsi onların mənəvi, eləcə də sosial  inkişafında əhəmiyyət daşıyır.

 

Distant tədrisdə isə  şagirdin öz yaşıdlarından  uzaq olmaları onlarda mənəvi problemlərə yol aça bilər. Bu müddət ərzində uşaqları anlamaq, onlarla yaşıdıymış kimi davaranmaq çox əhəmiyyətlidir.  Əks halda, mənəvi çətinlik çəkən şagird dərsə adaptasiyada problem yaşayacaq.

 

 

Onlara inandığınızı göstərin

 

Uşaqlar onlayn dərslərə adaptasiya olmaqda çətinlik çəkə bilərlər. Bu səbəbdən də, daim onların yanında olun. Yaranan, hər hansı problemdə onlara dəstək olun.

 

Birlikdə dərs proqramı hazırlayın

 

Ənənəvi təhsildə olduğu kimi, onlayn dərslərdə də çətinlik çəkən şagirdlərə dərs planı hazırlamaqda yardımçı olun. Bu plan sayəsində uşaqlar dərsə daha sistemli yanaşacaqlar.

 

 

 

Yuxu və yemək düzəninə diqqət edin

 

Uşaqların dərslərədən geri qalmamaları üçün eynilə ənənəvi təhsildə olduğu kimi, onlayn dərslərdə də onların yemək və yuxu sisteminə diqqət yetirmək lazımdır. Şagirdlərin xüsusilə, bu dövrdə yuxu və yemək tələbatlarının ödənildiyinə əmin olun.

 

 

Tədris məkanı məktəbdəki kimi olsun

 

Onlayn dərslər zamanı uşaqların diqqətinin dağılmaması üçün onların dərslərlə məşğul olduqları kiçik məkanın  eynən  məktəbdəki kimi olması vacib məsələlərdəndir.

 

Məktəbdə olduğu kimi kitab dəftər və s. ehtiyaclarının stolunun üzərində olması lazımdır.

 

Dərs müddətində şagirdə ayrı otağın verilməsi daha yaxşı olardı. Özündən kiçik bacı-qardaşlarının onu narahat etməməsinə nail şərait yaratmalıyıq.