Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-10 10:00:00
Onlayn müsahibəyə qoşulacaq müəllim namizədlər üçün  təlimatlar - Vacib detallar

 

 

14 dekabrdan etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır.

 

AzEdu.az kompüter vasitəsi ilə onlayn müsahibəyə qoşulacaq namizədlər üçün təlimatları təqdim edir:

 

 

Namizədlər onlayn müsabiqədə kompüter vasitəsi ilə iştirak etmək istəsələr, elektron poçt ünvanına Təhsil Nazirliyi tərəfindən göndərilən elektron məktuba keçid edərək “Join.Micrasoft.Teams.Meeting” keçidinə daxil olmalıdılar.

 

Bu zaman açılan pəncərədə “Open.Micrasoft.Teams” sorğusunu “Cancel” etməlidilər. Bundan sonra onlayn müsahibəyə qoşulmaq üçün namizəd “Join on the web instead”düyməsini sıxmalıdır. Açılan yeni pəncərədə ad, soyadını daxil edərək “Join now” düyməsini sıxdıqda namizəd videomüsahibəyə qoşulmaq imkanı əldə edəcək.

 

 

Qeyd edək ki, namizədlərin  müraciəti əsasında məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları