Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-09 14:19:00
 Müsahibəyə gecikməmək tələb olunur, əks halda... - Nazirlik AÇIQLADI

Təhsil  Nazirliiyi MİQ-in müsahibə mərhələsində iştirak edəcək namizədlər üçün təlimatları təqdim edib.

Azedu.az xəbər verir ki, təlimatda müsahibə prosesinin müəyyən qaydaları öz əksini tapıb.

 

Belə ki, müsahibə namizədin qeyd etdiyi elektron poçt ünvanına göndəriləcək olan link vasitəsilə həyata keçiriləcək, bu səbəbdən iştirakla bağlı müraciəti təsdiqləməmişdən əvvəl namizəd daxil etdiyi elektron poçt ünvanının düzgünlüyünə əmin olmalıdır. Məlumatlar yoxlandıqdan sonra müsahibənin keçirilməsi tarix və saat barədə namizədin şəxsi səhifəsinə məlumat göndərilir. Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və saatda elektron poçt ünvanına göndərilmiş link vasitəsilə müsahibəyə qoşulur. Müsahibəyə gecikməmək tələb olunur, əks halda namizəd müsahibədə iştirakdan imtina etmiş hesab ediləcək.

 

Namizəd videozəngə kompüter, telefon və ya planşet vasitəsilə qoşula bilər. Kompüterdə elektron ünvana daxil olaraq müsahibə keçidi vasitəsilə videozəngə qoşulan namizədin heç bir proqramı endirməsinə ehtiyac yoxdur.

Telefon və planşetdən qoşulan namizədlər öncədən Microsoft Teams proqramını endirməlidirlər. Proqramda istifadəçi hesab yaratmağa ehtiyac yoxdur.

Müsahibədə namizədin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Qeyd edək ki, texniki səbəblərdən dolayı namizəd tərəfindən videozəngin qəbul edilməsində və ya müsahibənin gedişatında problem yaranarsa, köməklik olunacaq, bağlantı üçün yenidən cəhd ediləcəkdir.