Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-09 13:29:00
MİQ-in müsahibə mərhələsinin vacib qaydaları-Nazirlikdən TƏLİMAT

Dekabrın 14-dən müəllimlərin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayacaq. Nazirlik namizədlərin şəxsi səhifələrinə müsahibə ilə bağlı təlimatları göndərib.

AzEdu.az həmin təlimata əsasən onlayn müsahibədə vacib olan qaydaları təqdim edir.

Namizəd videozəngi qəbul etdiyi cihazın internetə çıxışının və ön kamerasının işlək vəziyyətdə olmasını tam əmin olmalıdır.

Müsahibədə yalnız qulaqcıqdan istifadə olunmalıdır

Namizəd birbaşa kameraya baxıb sualları cavablandırmalıdır. Müsahibə zamanı namizədin üzü tam görünməli, nitqi aydın eşidilməlidir.

Şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd müsahibə zamanı namizədin yanında olmalıdır

Müsahibədə iştirak edən namizədə kənardan müdaxilə olunmamalı, ekran qarşısında yalnız özü olmalı, qarşısında əlavə əşyalar olmamalıdır.

Namizəd olduğu mühitdə əlavə səsləri təcrid etməli və ya minimuma endirməlidir. Müsahibə zamanı ətrafda olan digər cihazlar söndürülməlidir. Telefonla müsahibə zamanı digər proqramlar səssiz rejimə keçirilməlidir.

Müsahibə gedişatında namizəd komissiya üzvlərinin tələbi olmadan videozəngi tərketməməlidir.

Qeyd edək ki, yaxın günlərdə müsahibənin vaxtı ilə bağlı məlumat veriləcək.