Türkiyənin Təhsil Nairliyi onlayn dərs keçən müəllimlərə kiber hücumlarla bağlı xəbərdarlıq edib.
AzEdu.az xəbər verir ki, baş verə biləcək kiber hücumlardan qorunmaq üçün nazirlik müəllimlərə bəzi təlimatlar verib.
Təhsil Nazirliyindən bildirilib ki, müəllimlər onlayn dərs keçmək üçün elektron sinifləri hazırlayarkən gözləmə otağı funksiyasını aktivləşdirərək dərslərə qoşulan şagirdlərin tək-tək yoxlaya bilər.
Beləliklə, saxta hesabla dərsə girməyə çalışan şəxslərin onlayn siniflərdə iştirakının qarşısını almaq mümkün olacaq.
Eyni zamanda, nazirlik tərəfindən müəllimlərin mobil telefonlarına kiber hücumlardan qorunmaq üçün vacib olan təlimatlar mesaj olaraq göndəriləcək.
Şagirdlərin sinif yoldaşları və müəllimləri ilə dərs keçə bilməsinə şərait yaratmaq məqsədi ilə həyata keçirilən EBA( Təhsil Məlumat Şəbəkəsi) onlayn dərs layihəsinin distant təhsil üçün xüsusi olaraq inkişaf etdirilərək tətbiq edildiyi bildirildi.
Məktəbəqədər təhsildən 12-ci sinfə qədər bütün siniflərin ümumi həftəlik dərs saatları distant təhsil müddətində həyata keçirir. Nəticə olaraq şagirdlər dərsləri tam şəkildə qavraya bilmirlər. Bu məqsədlə əlavə xarici onlayn dərslərin həyata keçirilməsi nəzərdə tutulur.
Təhsil Nazirliyi xarici onlayn dərslər zamanı kiber hücumlara məruz qalmamaq üçün müəllimlərin diqqət etməsi vacib olan nüansları yenidən xatırladıb. Müəllimlər hər dərs üçün ayrı UTİS İD və şifrə istifadə edəcəkləri təqdirdə, daha əvvəl müxtəlif əlaqə vasitələri ilə paylaşdığı onlayn dərs haqqında məlumatlar ləğv ediləcək.
Müəllimlər dərs üçün elektron sinifləri qurarkən gözləmə otağı funksiyasını aktiv edərək dərsə qoşulacaq şagirdləri tək-tək yoxlayıb müəyyən edə biləcəklər.
Beləliklə müəyyən şəxslərin saxta hesabla dərsə qoşulma cəhdlərinin qarşısı alınacaq. Bununla yanaşı şagirdlər onlayn dərslərə qoşularkən hesablarında öz adlarından istifadə etməlidirlər. Müəllimlər şagirdlərin adlarını dəyişdirmələrinə icazə verməməlidir. Bu zaman kiber hücumlardan müdafiə mümkün olacaq.
kitabı