Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 12:27:00
Azərbaycanda DƏHŞƏTLİ OLAY: "Mavi balina" oynayan məktəbli HƏYATINA SON QOYDU
Tovuz rayonunun Əlimərdanlı kəndində intihar hadisəsi qeydə alınıb. 
 
Kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifovun meyiti yaşadığı evin həyətində asılmış vəziyyətdə aşkar edilib. Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
 
AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Əlimərdanlı kənd bələdiyyəsinin sədri Şirin Əhmədov şagirdin oyun oynadıqdan sonra intihar etdiyini bildirib:
 
"O, Əlimərdanlı kənd Mərdan Musayev adına orta məktəbin 8-ci sinif şagirdi idi. Deyilənə görə, oyun oynadıqdan sonra gedib, özünü asıb. Mərhumun ailəsi problemli olmayıb, 100 faiz ehtimal edilir ki, oyuna görə özünü öldürüb. Heydər Yusifovun cəsədi həyətlərində asılmış vəziyyətdə tapılıb. Anası görəndə gec olub. Həmin vaxt uşaq dünyasını dəyişibmiş. Ailədə iki uşaq idilər. Evin tək oğlu idi, mərhumdan başqa ailənin bir qız övladı da var".
 
Əldə etdiyimiz məlumata görə, 14 yaşlı məktəbli dünyada təhlükəli sayılan "Mavi balina" oyununu oynadıqdan sonra həyatına son qoyub.