Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 13:29:00
İmtahana bircə günün içində  necə hazırlaşmaq olar?  - Əla qiymət üçün tövsiyələr  

İmtahanda yüksək nəticə göstərmək, oxuduğu bütün sualları cavablaya bilmək çoxlarının arzusudur. Amma imtahan gününədək proqramı çatdırıb bitirə bilməyənlər də az deyil. Onlar sonuncu gün bütün proqramı oxumağa çalışsalar da, bunun mümkünsüzlüyü göz qabağındadır.

 

Amma AzEdu.az proqramı çatdırmaqda çətinlik çəkənləri nəzərə alıb sonuncu gündən maksimum yararlanmaq üçün tövsiyələri təqdim edir:

 

Öncə qeyd edək ki, bircə gün oxumaqla imtahana tam hazır olmaya bilərsiniz, amma yüksək nəticə əldə etməyinizə bir gündən nə dərəcədə faydalanmağınızın da təsiri var.

 

-İmtahan hazırlığına başlamazdan əvvəl sizi narahat etməyəcək geyimdə olduğunuza əmin olun. Bütün qayğılarınızı yaddan çıxarmaq üçün dərin nəfəs alıb yoqa hərəkətlərindən istifadə edin. Dərs zamanı özünüzü tam rahat hiss etməlisiniz.

-Dəs oxumaq üçün lazımlı ləvazimatlarla birlikdə sizi oxumağa həvəsləndirəcək məkan yaradın. Bu zaman masanın üstündə fosforlu qələm, qara qələm, qeyd kitabçaları, kitab və dəftərin olması mütləqdir. Çünki dərs oxumağa ara verib qələm axtarmaq diqqəti yayındıra bilər. Ümumiyyətlə, dərsi yaxşı qavramanıza kömək edəcək sistemi özünüz yaratmalısınız.

 

-Sonuncu gün yüksək kalorili və bol vitaminli yeməklərlə qidalanın. Sonradan dərsə ara verməmək üçün öncədən xeyli kalori ilə qidalanmağınız məsləhətdir. Amma dərs arası müəyyən qidalardan istifadə etmək də yaddaşa güclü təsir göstərə bilər. Amma düzgün seçim etmək şərti ilə. Şəkər, karbohidratla bol olan, enerji verə biləcək qidalara üstünlük verməyiniz məsləhətdir. Axşam yeməyində isə yumurta kimi proteini bol olan yeməklər, yaşıl çay və şokoladla gününüzü tamamlaya bilərsiniz. Bu, dərs zamanı aclığın diqqəti yayındırmasının qarşısını alacaq. Dərs arası isə adətən mədəni narahat etməyəcək qurudulmuş qidalardan istifadə etmək daha düzgündür. Fastfud tipli qidalardan uzaq durmağınız məsləhətdir.

 

-35-40 dəqiqə dərs oxuduqdan sonra 5 dəqiqə fasilə verin.

 

-Oxuduqlarınızı xatırlaya bilmək üçün  mövzudakı ipucularını bir kənara qeyd edin. Əzbərləməyə deyil, başa düşməyə üstünlük verin. Keçmiş dərslə bağlı hansısa detalı unutduqda kitabı açmağa tələsməyin. Kiçik ipucu və qeydlərdən yararlanmaqla oxuduğunuzu xatıramağa çalışın. İmtahandan əvvəlki gün bütün bilgiləri beyninizə doldurmağa çalışmayın. Hədsiz yüklənmə imtahana olan motivasiya və həvəsi yox edə bilər. Bu səbəbdən yalnız son gün deyil, imtahandan əvvəlki bir neçə gün təkrar etmək məsləhətdir.

 

-Oxuduqlarınızı hansısa dostunuza danışırış kimi ucadan təkrarlayın. Ümumiyyətlə, mövzuları nə dərəcədə anladığınızı bilmək istəyirsizsə, onu fəndən xəbəri olmayan birinə danışmağa çalışın. Dost və ya ilə üzvünüzdən mövzularla bağlı sual vermələrini xahiş edin. Proses zamanı cavab verə bilmədiyiniz xırdalıqların siyahısını tutun. Mövzuları tam anlayana qədər təkrarlayın. Sabah imtahandan əvvəl qısa göz ata bilməniz üçün insan adları və tarixləri bir vərəqdə qeyd edin.

 

-Yuxu rejiminizə diqqət edin. İmtahan nəticəsinə heç nə gecə dərs oxumaq qədər pis təsir edə bilməz. İmtahandan əvvəl yuxuya diqqət etmək mütləqdir.

 

-İmtahandan saatlar əvvəl isə hazırladığınız qeydləri nəzərdən keçirin. İmtahan vaxtı kağızı kənara qoymaq lazım gəldikdə həyəcanlanmayın. Çünki uğur qazanmaq üçün əlinizdən gələn hər şeyi etmisiniz.