Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-06 15:01:00
Salyanda “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin icrası başa çatıb - FOTO

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi”nin qalibi olmuş “Skaut metodları ilə həyat üçün təhsil” layihəsinin Salyan rayonunda icrası başa çatıb.

 

AzEdu.az xəbər verir ki, layihə rəhbəri Gülər Quliyevanın verdiyi məlumata görə, layihə çərçivəsində məktəblərdə dəstələrin formalaşdırılması işi yekunlaşıb. Dəstələr “Skaut metodları ilə həyat üçün təhsil” proqramı əsasında həftəlik görüşlərinə start veriblər.

 

Bu görüşlərin keçirilməsində məqsəd keçmiş müəllim-liderlərin və onların dəstələrinin əldə etdikləri bilik və bacarıqlarının praktikada tətbiqinə şərait yaratmaqdır.

 

Onlar skautinqin 5 əsas istiqaməti üzrə-sosial, intellektual, fiziki, emosional və psixoloji istiqamətlərinə əsaslanan “Skaut metodları ilə həyat üçün təhsil” proqramın fəaliyyətləri birbaşa tətbiq edilib.

 

Bu proqramın tətbiqi peşəkar təlimçilər tərəfindən həyata keçirilib və bir ay ərzində davam edib.

 

Bu fəaliyyətlərin icrası zamanı layihə idarəçiləri və təlimçiləri tərəfindən dəstə görüşlərinə monitorinq həyata keçirilib. Bunun məqsədi dəstə liderləri trəfindən keçirilmiş təlimlərin effektivliliyinin qiymətləndirməkdir.

 

Monitorinq görüşlərində, həmçinin, şagirdlərə peşəkar təlimçilər tərəfindən layihənin məqsədinə uyğun təlimlər təşkil edilib. Təlimlər hər məktəbin öz dəstəsilə ayrı-ayrılıqda olmaqla müxtəlif 4 gündə hər dəfə 80 nəfəri əhatə edib.

 

Qeyd edək ki, bundan öncə layihə idarə heyəti və təlimçi-ekspertlər tərəfindən qeyri-formal təhsil-skaut metodllarını özündə birləşdirən “Skaut metodları ilə həyat üçün təhsil” adlı proqramı tərtib olunub və təlimlər keçirilib.

 

Təlimlərin əsas məqsədi skaut metodlarına əsaslanan liderləri yetişdirmək, onlara peşəkar skaut (həyati) bilik və bacarıqlarını öyrətməklə onların vasitəsilə uşaqların hərtərəfli inkişafına nail olunmaqdır.

 

Təlimi uğurla başa vurmuş iştirakçılar məktəblərində 5-6-cı sinif şagirdlərindən ibarət 16 nəfərlik 4 skaut dəstəsi formalaşdırıblar və dəstə görüşlərinə start veriblər.