Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-06 14:34:00
Avstriyada təhsil işçiləri üçün koronavirusla bağlı kütləvi testlərə start verilib

Avstriyanın Forarlberq, Tirol və Vyana federal əyalətlərində bu həftəsonu baş tutan kütləvi koronavirus testləri ilə yanaşı ölkənin digər altı federal əyalətində (Aşağı Avstriya, Yuxarı Avstriya, Burqenlandç Ştiriya, Karintiya və Zaltsburq) məktəbəqədər və ümumtəhsil tədris müəssisələrinin işçiləri üçün də kütləvi testlərə start verilib.

 

AzEdu.az xəbər verir ki, testlərin məqsədi dekabrın 7-də bərpa olunacaq tədris prosesi üçün pedaqoji heyətdəki epidemioloji vəziyyəti müəyyən etməkdir. Avstriyanın Federal Təhsil naziri Haynts Fassman bildirib ki, testlər üçün ölkə üzrə müəllimlərin 65 faizi qeydiyyatdan keçib. Könüllülük prinsipi əsasında aparılan testlərdə daha çox tədris işçisinin iştirak edəcəyi ehtimal olunur.

 

Nazir, həmçinin bildirib ki, dekabrın 7-də tədrisin mümkün qədər təhlükəsiz startına töhfə verəcək kütləvi testlər yaxın gələcəkdə təkrarlanmalıdır. Bu yolla bir tərəfdən məktəblərdə pedaqoji heyətin sağlamlığı diqqət mərkəzində saxlanılacaq, digər tərəfdən isə məktəbləri təhlükəsiz və infeksiya ocağına çevrilməyən bir məkan olmasını təmin edəcək.

 

Dekabrın 5-6-da keçiriləcək antigen testləri üçün ölkə üzrə yüzədək test mərkəzi yaradılıb.