Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 15:49:00
Koronavirusun ötürülməsini tez bir zamanda bloklayan preparat aşkarlandı

Alimlər koronavirusun ötürülməsini tez bir zamanda bloklayan vasitə tapıblar.

 

AzEdu.az xəbər verir ki, müvafiq tədqiqatların nəticələri “Nature Microbiology” jurnalında dərc olunub.

 

ABŞ-ın Corciya Universitetinin mütəxəssisləri qripə qarşı effektiv olan virus əleyhinə 4482/EIDD-2801 və ya Molnupiravir preparatının SARS-CoV-2 virusuna təsirini analiz ediblər.

 

Heyvanlar üzərində laboratoriya tədqiqatlarının nəticəsində məlum olub ki, preparat xəstəliyin ilkin mərhələsində yüksək effektivlik göstərir. Belə ki, dərman vasitəsi orqanizmdə COVID-19 infeksiyasının ağır dərəcəyə qədər inkişafına, virusun orqanizmdə uzun müddət qalmasına imkan vermir və ilk gündən başlayaraq onun ötürülməsinin qarşısını alır.