Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 18:24:52
Stiven Hokinqi  beş  sualda  necə  anlamaq  olar? - MARAQLI

 

 

Stiven Hokinqi dünyaya tanıdan əsas amil mürəkkəb elmi istilahları insanların anlayacağı dildə, kütləvi variasiyada  çatdırması idi. O, bununla hər kəsin tanıdığı simaya çevrilmişdi.

AzEdu.az xarici mediaya istinadən Stiven Hokinqi beş  sualda təqdim edir:

Stiven Hokinq kimdir?

Albert Eynşteyndən sonra dünyanın ən böyük fiziki kimi tanınan S.Hokinq Oksford və Kembric kimi nüfuzlu universitetlərdə təhsil alıb. Kvant fizikası və qara dəliklər haqqındakı araşdırmaları ilə məşhurlaşıb.

21 yaşında sinir sistemini iflic edən ALS xəstəliyinə tutulub. Bütün ömrünü əlil arabasında keçirib və quraşdırılan xüsusi kompüter vasitəsilə insanlarla əlaqə qura bilib. Kembric Universitetinə 1962-ci ildə qəbul olunan Stiven “genişlənən kainatın özəllikləri” adlı doktorluq  dissertasiyasını 24 yaşındaykən yazmışdı. Onun bu doktorluq araşdırması 2017-ci ildə bütün dünyaya tanıdılıb.

 O, insanlığın və dünyanın gələcəyini necə görürdü?

 O, dünya nüfuzunun sürətlə artdığını, bununla bərabər xammal mənbələrinin azaldığınıbaşlıca təhlükə kimi görür, bu faktorların insanları yox olmaq təhlükəsi ilə üzz-üzə qoyacağını deyirdi. “Əgər insan düşünəbilən yeganə varlıqdırsa, onun həyatda qalmasını qarantiyə almalıyıq” deyən alim uzun müddət sonra insan həyatının kosmosda mümkün olacağını düşünürdü. O, daim nüvə sınaqları, viruslar, qlobal istiləşmə kimi real təhlükələrin kifayət qədər ciddiyə alınmamasından şikayətlənirdi;

 Din və Tanrı haqqında fikirləri necə idi? 

 Stiven Hokinq bu fikri ilə məşhur idi: “Tanrı var ola bilər, amma elm kainatı hansısa yaradıcının varlığına ehtiyac olmadan açıqlaya bilər”.

Kainatın elmin qanunları ilə idarə olunduğuna inana Hokinq deyirdi:

“Hakimiyyətin idarə etdiyi dinlə göz və ağılla idarə olunan elm arasında sərhəd var. Elm qalib gələcək, çünki işə yarayır. Amma  istəyimizə inanmaqda azadıq”.  O, ölümdən sonra həyatın olmadığı düşünür və əlimizdəki tək yaşamın bu olduğunu deyirdi.

Süni intellekt haqqında nə düşünürdü?

Məşhur fizik süni inellekt araşdırmalaının önəmini anlatmaqla yanaşı, həm də onun inkişafına təmkinlə yanaşırdı. Süni intellektin insan zəkasını üstələyəcək həddə çatacağından narahatıq keçirən Hakinq bunun insanlığın sonunu gətirəcəyini söyləyib;

 Ən məşhur kitabları hansılardır?

 1988-ci ildə yazyımlanan “Zamanın qısa tarixi” onun ən məşhurb əsəri idi. 40-dan çox dilə tərcümə olunaraq 10 milyon dəfə satılıb. Kainatın keçmiş və gələcəyindən bəhs edəb kitabda Hokinq  böyük  partlayış, qara dəliklər kimi mövzuarı oxucularına bəsit şəkildə başa salmağa çalışıb. 2001-ci ildə “Qoz qanığındakı kainat” kitabında dünyanın böyük təhlükə ilə üzləşəcəyini bildirərək, insanları başqa planetlərdə kaloniyalar qurmağa səsləyir. 

 

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları