Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-03 12:03:00
Bu universitet tələbələrə ödənişsiz elektrikli avtomobil təlimi  verəcək – FOTO

Türkiyənin  Yıldız  Teknik  Universiteti  bakalavr  və  magistr  tələbələri  üçün  ödənişsiz  elektrikli  avtomobil  təlimi  verəcək.

 

AzEdu.az  xəbər  verir  ki,  layihənin  9  həftə  çəkməsi  planlaşdırılır.

 

Təlimlər  bitdikdən  sonra  ilin  sonunda  həyata  keçiriləcək  imtahanda  uğur  qazanan  tələbələrə  sertifikatlar  təqdim  ediləcək.

 

Bu  layihə  Yıldız  Teknik  Universiteti  və  Türkiyədə  məşhur  texnika  firması  olan  Bosch  Türkiyənin  ortaq  layihəsidir. Layihə  çərçivəsində  tələbələr, Hibrid  Nəqiliyyat  Texnologiyası  və  Sistemləri, Elektrikli  Nəqiliyyat  Kalibrasiyası, Elektrik  Mühərrikləri  və  Kompakt  Sürüş  Modulu, Elektrik  Sürücüləri  və Güc  Elektronikası, Elektrikli  Nəqiliyyat  vasitələrində  Funksional Təhlükısizlik  mövzuları  ilə  bağlı  mütəxəssislərin  biliklərində  yararlanacaqlar.

 

Bu  proqramla, Yıldız  Texniki  Universiteti   tələbələrinin  elektrikli  nəqliyyat vasitələri  və  texnologiya  ilə  bağlı  ixtisaslardan  məzun  olmasına  dəstək veriləcəkdir.

 

Eyni  zamanda, şirkət  tələbələrə  bu  ixtisaslar  üzrə  gələcək  iş  planlarına, uğurlu  karyeralarına  diqqətlərinin  yönləndirilməsi  və  motivasiyaları  baxımından  hər  növ  dəstək  verəcək.

 

Qeyd  edək  ki, bu  tip  layihələr  Türkiyənin  orta  təhsil  müəssisələrində  də  həyata  keçirilir.