Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 17:35:00
  Universitet tələbələri yenidən qəbul imtahanında iştirak edə bilərlər - Bu şərtlə

 

 

Şagirdlər abituriyentlik dönəmində  çox çalışaraq, ali məktəblərə qəbul olsalar da, bəzən qəbul olduqları ixtisas ürəklərincə olmur. 

 

Bu zaman bəzi tələbələr  könülsüz surətdə həmin ixtisas üzrə  təhsilini davam etdirir, bəziləri isə mövcud durumla razılaşmayaraq,  yenidən imtahanda iştirak etmək istəyirlər.

 

Bəs ali məktəb oxuyarkən yenidən qəbul imtahanında necə iştirak etmək mümkündür?

 

AzEdu.az-ın xəbər verir ki, Dövlət İmtahan Mərkəzi rəsmi feysbuk  səhifəsinə bu məzmunda ünvanlanan sualları cavablandırıb.

 

 

SUAL: Universitetin  II  kursunda təhsil alan tələbə bu il, yenidən,  buraxılış və  qəbul imtahanında iştirak etmək üçün nə etməlidir?

 

 

CAVAB: Yenidən qəbul imtahanında iştirak etmək istəyən tələbə, təhsil aldığı ali təhsil müəssisəsindən imtina etdikdən sonra yenidən imtahanda iştirak edə bilər.