Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 15:57:00
Təhsil  eksperti: “Müharibədə  iştirak  edən  bütün  əsgərlər  təhsil  haqqından  azad  edilsin” 

 “İkinci  Qarabağ  müharibəsində  iştirak  edən  əsgərlərimiz  üçün  təhsil  sahəsində  müəyyən  güzəştlər  edilməlidir.”

 

AzEdu.az  xəbər  verir  ki, bu  sözləri  təhsil  eksperti  Adil  Vəliyev  qeyd  edib.

 

Ekspert  İkinci  Qarabağ  müharibəsinin   iştirakçısı  olan  şəxslər  üçün  aşağıdakı  güzəştlərin  edilməsini  təklif  edib:

 

1.İkinci Qarabağ döyüşündə  iştirak  edən  bütün  əsgərlər  təhsil  haqqından  azad olunsun

 

2.Hər  hansı  səbəblə  universitetdən  xaric  edilmiş  və  ya  kəsri  olan  tələbəyə məzun  olunması  üçün  şərait  yaradılsın.

 

3.2020-2021  tədris  ilində  universitetə  qəbul  olan, ancaq  vətən  müharibəsində iştirak  etdiyi  üçün  qeydiyyatdan  keçə  bilməyən abituriyentlərin  tələbə  adını qazanması  üçün  köməklik  edilsin.

 

Qeyd  edək  ki, vətən  müharibəsində  iştirak  edənlər  arasında  universitet  tələbələri  və  son  ilin  məzunları  da  yer  alıb.