Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 15:17:00
Şagird və uşaqların əlindən telefon-planşetləri almaq düzgün deyil-SƏBƏB  

 

Günümüzün reallıqlarından biri uşaqlar və telefon problemidir. İstər ailələrdə, istərsə də məktəbdə uşaqlarla münasibətin pozulmasına səbəb olan ən böyük və qlobal məsələ telefondur. “Dərs oxumur, telefonunu alaq”, “Şuluqluq edir-telefonunu alaq” və ya “əlindən alaq” və s. bu, tərbiyənin düzgün üsulu deyil. Uşağın “Hə, əlimdən aldın, nə olacaq?” –kimi fikirlərilə qarşılaşanda çarəsiz durumda qalırıq.

 

Cəmiyyətin bir parçasıyıq, ona görə də bir nəfər telefon verməsə, o uşaqlar qonşuda, məktəbdə, məhəllədə digər uşaqların telefonunu görür və istifadə edir. Demək ki, uşaqlarla söhbət edib, izah verib, inandırıb istifadəsi ilə razılaşmalıyıq. Başqa çarəmiz yoxdur. Sadəcə övladlarınızı elə böyütməlisiniz ki, onlara güvənə biləsiniz.

 

Lakin ibtidai sinif şagirdlərinin istifadə etməsi onlar üçün həm tərbiyə, həm də sağlamlıq baxımından məqsədəuyğun deyil. Bir çox valideyn var ki, bu mövzuda özünü çıxılmaz vəziyyətdə gördüyündən nə edəcəyini müəyyənləşdirə bilmir. Müəllimlərin mövzuya müdaxiləsi çox önəmlidir.

 

Koronavirus əlavəsi. Bəşəriyyətin yaşadığı son pandemiya bizə göstərdi ki, balabilgələr telefon və planşetlərdən daha səmərəli istifadə edə bilər.

Mənbə: “İnsan mühəndisi”-Şəmil Sadıq

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları