Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 11:48:00
Distant dərsləri maraqlı etməyin faydalı metodları – Mütləq sınayın  

  

Bu il dünyanın əsas qlobal problemi COVİD-19  pandemiyasıdır.

 

Əksər ölkələrdə olduğu kimi ölkəmizdə də təhsil mart ayından etibarən distant formaya keçib. Sentyabrdan hibrid təhsilə keçilsə də, yoluxmada olan kəskin artım yenidən onlayn təhsilə üz tutmaya səbəb oldu.

 

Onlayn dərslər insanların texnologiyaya daha çox bağlasa da, uzun müddət kompüter və telefon qarşısında olmaq şagird və tələbələrin zehni, eləcə də psixoloji yorulmasına səbəb olur.

 

Buna görə də müəllimlər dərslərin yeknəsəkiyini aradan qaldırmaq üçün müəyyən vasitələrdən istifadə etməlidilər.

 

AzEdu.az həmin vasitələri təqdim edir:

 

Dərsləri hissələrə bölərək tədris etməyə çalışın

 

Onlayn dərsdə uzun müdddət  iştirak şagirdlərin diqqətinin  yayınmasına gətirib çıxarır.

 

Ona görə də dərsləri hissələrə bölmək  və həmin aralıqlarda istirahət etmək tövsiyə edilir.

Nəticədə virtual dərsdə tədris edilən predmeti  daha yaxşı mənimsəmək mümkün olacaq.

 

 

Dərs danışan şəxslərə öncədən xəbərdarlıq edin

 

Dərs əsnasında pərakəndəlik böyük xaos yarada bilər. Xüsusəsn də onlayn ortamda bu heç xoşagələn hal deyil.  Ona görə də müəllimlər əvvəlcədən kimin nə zaman dərs danışacağını öncədən deməlidir. Belə olduqda şagirdlər  məsuliyyətli davranıb, pərakəndəliyə yol verməyəcəklər.  

 

Dərsləri maraqlı etmək üçün onlayn  oyunlardan  yararlanın

 

Onlayn platformada sual-cavab təşkil etmək üçün maraqlı və rəngarəng formatlar mövcuddur. Bunlar həm sualların daha yaddaqalan olmasına, həm də dərsin maraqlı keçməsinə səbəb ola bilər. Bundan əlavə “Zoom” və “Micrasoft Teams”ın texniki əyləndirici imkanlarından  yararlanmaq olar. Bu, vaxtın daha səmərəli keçməsinə şərait yaradacaqdır. Həmçinin, slaydlardan yararlanmaq də böyük əhəmiyyətə malikdir.

 

Yalnız onlayn dərslə kifayətlənməyin

 

Bəzən müəllimlər yalnız onlayn dərslə kifayətlənir və şagirdlərin dərsdənkənar məşğuliyyətlərini unudurlar. Ona görə də təhsil işçiləri şagirdlərlə daima ünsiyyətdə omalı, onların vaxtının daha səmərəli keçməsi üçün tədbirlər təşkil etməlidir. Şagirdlərin inkişafı üçün müxtəlif film və kitab tövsiyələri vermək, yaxud da, onlayn ekskursiyalar təşkil etmək mümkündür.

 

Onlayn və ənənəvi olmasından asılı olmayaraq hər bir dərs müəllimin  şəxsi təxəyyülünün məhsuludur.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları