Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 11:18:00
BANM tələbəsi Regional Tələbə İnkişafı Sammitində qalib oldu  

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Rahimə Abbasova Neft-Qaz Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) “Rusiya və Xəzər bölgəsi üzrə Regional Tələbə İnkişafı Sammiti”ndə iştirak edib. Tədbirdə Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistandan olan gənc mütəxəssislər, eləcə də tələbələr iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, sammitdə iştirak etmək üçün qeyd olunan ölkələrdən ümumilikdə 20 tələbə seçilib və hər birində 4 nəfər olmaqla 5 komanda formalaşdırılıb.

 

Tədbir çərçivəsində tələbələrə təlim keçilib, onlar arasında  təqdimat üzrə müsabiqə təşkil edilib. BANM-in tələbəsi Rahimə Abbasovanın  təmsil olunduğu komanda müsabiqədə ikinci yeri tutub.

 

Tələbələr təlimlər zamanı texniki bilik və bacarıqlarını inkişaf etdirməyin sirlərinə yiyələnib və gənc mütəxəssislər  tövsiyələri dinləyiblər.

 

Məlumat üçün bildirək ki, qeyri-hökumət təşkilatı olan SPE-nin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, neft sənayesi üzrə  beynəlxalq, təcrübəli mütəxəssisləri bir araya gətirmək, onlara elmi işlərini təqdim etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilərdə bir araya gəlmək üçün şərait yaratmaqdır.