Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-01 17:56:00
Azərbaycanda elmi jurnalların vahid portalı yaradıldı – www.informa.az

 

 

Hazırda bir çox alimlərimiz öz elmi əsərlərini və elmi məqalələrini ölkə xaricində çap etdirmək istəyirlər. Çünki indi tələb budur .

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası elmi dərəcə almaq üçün iddiaçılardan birmənalı olaraq hər hansı bir xarici nüfuzlu elmi jurnalda elmi məqalənin çap etdirməyi tələb edir.

 

Lakin bu tələb elm adamı olmaq istəyənlərimiz tərəfindən bəzən xoş  qarşılanmır. Onların çoxu məqalələrin çapında problemlər  yaşayır.

 

Yaradılan bu sistem əslində   bu problemin də böyük ölçüdə həllinə müsbət mənada kömək edəcək. Belə ki informa.az veb portalı vasitəsilə Azərbaycanda mövcud olan elmi jurnallara beynəlxalq nüfuzlu elmi jurnalların səviyyəsinə qalxmaları üçün dəstək veriləcək. 

 

Veb saytı olmayan və beynəlxalq standrtları tətbiq edə bilməyən lakin uzun illərdir ki, fəaliyyət göstərən elmi jurnallara professional xidmət göstərilməsi ilə yanaşı həmdə onların nüfuzlu elmi indekslərdən də keçirilməsi təmin ediləcək. İnforma.az portalına AMEA –nın və bir neçə dövlət qurumunun elmi jurnalları qoşulmuşdur. Lakin qısa zamanda Universitet və Elmi İnstitututların da qoşulması şübhə doğurmur. Azərbaycanda elmi jurnallar w,wn əldə edilməsi çətinolan DOİ nömrələri, lisenziyalaşlaşma, elmi indekslərin alınması, veb-saytların hazırlanamsı və s. kimi məsələlər bu portal vasitəsilə olduqca asanlaşacaq. Portala qoşulan jurnallar sadəcə öz məqalələrini göndərməklə kifayətlənəcəklər, qalan bütün işlər isə informa.az –ın professional işçiləri tərəfindən təmin ediləcəkdir. Portalın alimlərimizə bir töhfəsi də olacaq ki, bu da portala qoşulan jurnalın illik eigenfaktorunu və impakt faktorunu, ümumilikdə istiand sayını hesablayaraq bunu tələb edən quruma yaxud müəllifə təqdim etməisidir.