Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-29 10:51:00
D vitamininin çatışmazlığı özünü BU SİMPTOMLA büruzə verir

D vitamini orqanizmdə bir çox vacib proseslərdə iştirak etdiyi üçün onu hətta “vitamin-hormon” adlandırırlar.


D vitamininin defisiti orqanizmdə müxtəlif pozulmalara səbəb olur. Bu pozulmalardan biri immunitetin zəifləməsidir.

 

AzEdu.az bildirir ki, koronavirus pandemiyası zamanı D vitamininin defisiti xüsusilə təhlükəlidir. Araşdırmalar göstərir ki, D vitamininin defisiti olan insanlarda koronavirusun ağır gedişatı və ağırlaşmaların inkişafı riski qat-qat daha çoxdur.

 

Mütəxəssislər qeyd edirlər ki, D vitamininin defisiti özünü əzələ və sümüklərdə küt, sızıldayan ağrılarla  büruzə verir. Ağrı daha çox bel, omba, ayaqlar və qabırğalarda hiss olunur, gecə vaxtı ağrı artır. Bu simptom osteomalyasiyaya işarə edir.

 

Osteomalyasiya sümüklərin zəifləməsi, “əriməsi” deməkdir. Bu pozulmanın əsas səbəbi məhz orqanizmdə D vitamininin defisitidir.


D vitamini sümüklərin əsas “tikinti materialı” olan kalsiumun sümüklərə daxil olmasını təmin edir. D vitamininin çatışmazlığı zamanı kalsiumun sümük toxumasına daxil olması prosessi pozulur, sümüklərin mineral sıxlığı azalır, sümüklər zəifləyir və bu da ağrılara səbəb olur.   


Mütəxəssislər bu simptoma vaxtında fikir verməyi tövsiyə edirlər.  

Saglamolun.az