Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 09:17:00
Buraxılış imtahanında ən zəif nəticə göstərən rayonlar məlum oldu

 

Təhsil Nazirliyi XI sinif buraxılış imtahanlarında şagirdləri ən yüksək müvəffəqiyyət faizi göstərmiş 10 təhsil bölgəsini açıqlayıb.

 Azedu.az  xəbər verir ki, birinci yeri 96,55%  göstərici ilə nazirliyə tabe olan və özəl liseylər tutub. İkinci yerdə 89,61 %-lə Sədərək rayonu gəlir. 89,18%-lə hərbi lisey və digər nazirliklərə aid olan məktəblər üçüncü sıradadır. Digər yerləri isə ardıcıl olaraq  Naxçıvan(87,87%), Sumqayıt (85,37%), Qubadlı (84,73%), Bakı (82,43%), Mingəçevir (81,69%),    Zəngilan (80,68%), Şahbuz (79,53%) tutub.

 Nazirlik ən aşağı müvəffəqiyyət faizi göstərən təhsil bölgələrini ddə diqqətdə saxlayıb.  Aşağı nəticə göstərən rayonlar siyahısında isə  Daşkəsən (44,80%), Qobustan (44,27 %), Lerik (42,74%), Hacıqabul (42,08 %), İmişli (41,54 %), Kürdəmir (41,18%, Yardımlı (40,77%), Ağsu (38,68%), Cəlilabad (38,31%), Sabirabad (34,63%)  rayonları da qeyd olunub.

 Müvəffəqiyyət faizi müsbət dinamika göstərən bölgələrin siyahısında isə 23,1 %-lə birinci yeri Naftalan tutub. İkinci yerdə 18,8% müsbət dinamika ilə Sədərək gəlir. Digər yerləri isə ardıcıl olaraq 8%-lə Göyçay, 7,7 %-lə Beyləqan, 7%-lə Samux, 6,3 %-lə İsmayıllı, 6,1%-lə Füzuli, 6,1%-lə Xocavənd, 5,8 %-lə Xocalı, 5,6 %-lə Culfa  rayonu tutub.

 Müvəffəqiyyət faizi mənfi dinamika göstərən rayonlar siyahısında isə Salyan  5,78%, Cəlilabad, Yevlax  6,20%, Lerik 7,05%, Yardımlı 7,21%, Şərur 8,17%, Babək 8,51%, Xızı 8,61%, Şahbuz 8,74%, Ağstafa 10,93 %-lə qeyd olunub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları