Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 17:00:00
Sağlamlıq imkanları məhdud uşaqlara şad xəbər - Bu məktəblərdə də təhsil ala bilərsiz!

Sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları ərazidə təhsilə cəlb olunmasının təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin 2015-ci il 18 mart tarixli, 311 nömrəli əmrinə əsasən, “ İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” lahiyəsinin icrasına başlanılıb.

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2015/2016-cı tədris ilində iki (220 və 138 nömrəli), 2016 2017-ci tədris ilində isə daha iki məktəb (202 və 252 nömrəli) bu layihədə iştirak ediblər.

Həmin məktəblər üzrə I siniflər arasında eksperimental siniflər müəyyənləşdirilib və 24 nəfər sağlamlıq imkanları məhdud uşaq inklüziv təhsilə cəlb olunub. Yeni tədris ilində isə bu say 40 nəfər olub.