Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-25 15:56:00
1 direktor vəzifəsinə 19 namizəd müraciət etdi - NƏTİCƏLƏR

Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2059 namizəd, 2019-cu il üzrə 2274 namizəd, 2020-ci il üzrə 2479 namizəd iştirakını təsdiq edib. Elektron ərizələr yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1568, 2019-cu ildə 2057, 2020-ci ildə 2256 namizədin elektron ərizəsi qəbul olunub.

 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, son 3 il ərzində keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 30-39 yaş aralığında olan namizədlər üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə 920 nəfər, 2019-cu ildə 1013 nəfər, 2020-ci ildə 1163 nəfər həmin yaş aralığında olan şəxslərdir.

 

Müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçmiş namizədlər arasında 2018-ci il üzrə 16 nəfər, 2019-cu il üzrə  17 nəfər, 2020-ci il üzrə 25 nəfər xaricdə təhsil almış şəxslərdir.

 

2018-ci il üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin 1125 nəfərini kişilər, 934 nəfərini qadınlar, 2019-cu il üzrə namizədlərin 1139 nəfərini kişilər, 1135 nəfərini qadınlar, 2020-ci il üzrə isə namizədlərin 1126 nəfərini kişilər, 1353 nəfərini qadınlar təşkil edib.

 

2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur. Belə ki, Ağstafa rayonu üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Aödaş rayonlarıdır.