Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 14:25:00
Azərbaycana ən çox bu ölkələrdən təhsil almağa gəlirlər - ADLAR

Azərbaycanda daha çox hansı  ölkədən təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

AzEdu.az-ın məlumatına görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilib ki, 2017/2018 –ci tədris ilində  Azərbaycanın ali təhsil müəssisələrində  ümumilikdə 75 ölkədən gəlmiş 5.410 əcnəbi vətəndaş təhsil alır. Əcnəbi tələbələrə dair statistik göstəricidə 40,3%-lə Türkiyə Respublikasının vətəndaşları birinci yerdə durur.

2017/2018-ci tədris ilində respublikanın ali təhsil müəssisələrinə qəbul olan əcnəbi tələbələr üzrə ölkə sayı 43 olub. Estoniya, Filippin və Şri Lanka bu siyahıya yeni qoşulmuş ölkələrdir.

Əcnəbi tələbələr ölkələr üzrə:

Türkiyə - 2.179

İran - 783

Rusiya -552

Gürcüstan – 487

İraq – 319

Türkmənistan – 197

Çin – 109

Hindistan – 79

Pakistan – 78

Banqladeş – 64

Qazaxıstan – 62

Suriya – 57

Nigeriya – 54 

Özbəkistan – 41

İordaniya – 41

Ukrayna – 37

Fələstin – 37

Əfqanıstan – 29

ABŞ – 24

Yəmən – 15

Koreya Respublikası – 14

İsrail – 10

Digər ölkələr – 142