Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-24 14:08:00
“Virtual məktəb”də müəllimlərin dərs qrafiki necə tənzimlənir?-CAVAB

 

 

“Virtual məktəb” layihəsi xeyli müddət istifadə edilsə də, bununla bağlı müəllimlərin sualları hələ də qalır.

 

Azedu.az bu məsələlərdən  birini  təqdim edir: “Virtual məktəb”də müəllimlərin dərs qrafiki necə tənzimlənir?

 

Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfovanın  AzEdu.az-a verdiyi məlumata əsasən bununla bağlı Nazirliyin xüsusi təlimatı yoxdur.

 

Ənənəvi dərslərdə olduğu kimi dərs qrafiki direktor  və müavinlər  tərəfindən fənn müəllimləri ilə razılaşdırıldıqdan sonra ümumi cədvəl şəklində hazırlanır  və bunun əsasında dərslər keçirilir.  Nazirlikdən yalnız bir təlimat var ki, virtaul dərslərin qrafiki teledərslərə uyğun hazırlansın.

 

Qeyd edək ki. bu layihə aprelin 2-sində ənənəvi dərsləri kompensasiya etmək məqsədilə yaradılıb.