Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 13:01:28
TOEFL imtahanında 3 nəfər iştirak edib

Dövlət İmtahan Mərkəzində iyunun 23-də növbəti TOEFL imtahanı keçirilib. İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

AzEdu.az xəbər verir ki, imtahanda 1 xarici vətəndaş olmaqla 3 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL imtahanının 2018-ci il iyulun 7-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/