Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-23 17:00:00
Pandemiya və müharibənin təhsilə təsiri-Təhsil İcmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 16-22 n-oyabr  tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Təhsil naziri şöbə müdirini işdən çıxardı

 

Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri dəyişib.

 

Bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Şöbə müdiri Mədinə Nurməmmədova yaşla əlaqədar təqaüdə göndərilib. Müvafiq əmrlə, İnqilab Musayev Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

O, bu təyinata qədər rayonun Köhnə Xaçmaz kənd tam orta məktəbin direktoru işləyib.

 

Magistraturaya  sənəd qəbulu nə zaman başlanacaq?

 

2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu ilə bağlı dəqiq tarix bəlli deyil.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata əsasən, sənəd qəbulu növbəti ilin əvvəlində aparılacaq. Qrafik yanvar ayında açıqlanacaq. Konkret tarixlər barədə məlumat veriləcək.

 

Təhsil naziri əmr imzaladı: Vətən müharibəsi dərsliklərə salınacaq

 

“Vətən müharibəsinə dair ibrətamiz faktlar toplanılır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin bütün məzmununda yer tapacağı gözlənilir”.

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov şəxsi facebook səhifəsində yazıb.

 

Bu şəxslər əlavə yerləşdirmədə iştirak edə bilər

 

Əlavə yerləşdirmə mərhələsinə mütraciət başa çatıb. Qeyd edək ki, əlavə yerləşdirmə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilir.

 

Abituriyent jurnalı bu tarixdə nəşr olunacaq  

 

2020-2021 tədris ili üçün Abituriyent qəbul və buraxılış jurnalı növbəti ilin əvvəli nəşr olunacaq.

 

Tətil günlərində dərslər davam edəcək – Nazir

 

Oktyabrın ortalarından noyabrın 2-dək şagirdlər üçün iki həftəlik tətil elan edilmişdi. Ona görə də ənənəvi tətil dövründə dərslər davam etdiriləcək.

 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Təhsil haqqı dövlət tərəfindən ödəniləcək tələbələrin sayı elan olundu

 

Artıq həssas təbəqəyə aid olan 10 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciəti qeydə alınaraq təsdiqlənib.

 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazirin sözlərinə görə, bu həftə ərzində həmin tələbələrə təsdiq mesajlarının göndəriləcəyi gözlənilir:

 

“Ancaq hələlik 1-ci kursda təhsil alan və bu meyarlara cavab verən tələbələr tərəfindən müraciətlər daxil olmayıb. Yəqin ki, onlar bu barədə məlumatlı deyillər. Həssas qrupa aid olan ailələrdən olan təhsilalanlar sistemdə qeydiyyatdan keçə və onların da təhsil haqları dövlət tərəfindən ödənilə bilər. Ancaq bunun üçün zəruri şərt həmin adamların sistemə müraciət edərək qeydiyyatdan keçməsidir. Biz dekabra qədər prosesi davam etdiririk".

  

İndi isə ötən həftənin əsas təhsil sitatlarını təqdim edirik:

 

Emin Əmrullayev müharibədə iştirak edən təhsil işçiləri üçün hansı imtiyazların nəzərdə tutulmasından söz açıb

 

“Xalqımızın böyük qələbəsində Azərbaycan təhsil işçilərinin əməyi olub. Bu qələbədə rolu olan hər bir soydaşımıza  köməklik göstərməyə çalışırıq. Mənim də xahişim ondan ibarətdir ki, mümkün qədər səbirli olaq. Proseslər Təhsil Nazirliyi tərəfindən müşahidə ediləcək”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev ATV kanalında yayımlanan “ATV Aktual” verlişində deyib



Təhsil nazirindən bədbin proqnoz: “Əyani təhsilə qayıtmaq risklidir”

 

Koronavirus səbəbindən ənənəvi təhsilə qayıtmaq hazırda çox risklidir, çünki insanların həyatı, sağlamlığı daha vacib məsələdir.

 

Bunu Təhsil naziri Emin Əmrullayev deyib.

 

Hazırda Azərbaycanda koronavirusa yoluxma sayında rekord göstəricinin qeydə alındığını deyən nazirin sözlərinə görə, bəzi təhsil müəssisələri və ayrı-ayrı mərkəzlər ənənəvi təhsilə keçməyə cəhd göstərirlər. 

 

“Azad olunan bölgələrdə  daha yaxşı infrastruktur qurulacaq” – Emin Əmrullayev

 

“İşğaldan azad olunan məktəblərin bərpası addım-addım və planlı şəkildə  həyata  verəcək”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev ATV-də yayımlanan  “ATV Aktual”  verilişində deyib.

 

O, azad olunan ərazilərdə tədrisin bərpasından söz açıb:

 

“Qarabağa qayıdış özlüyündə kompleks yanaşma tələb edəcək. Burada həm infrastrukturun bərpası, həm də insanların ora qayıtmasından söhbət gedir. Təhsil müəssisələrinin bərpası, yalnız Təhsil Nazirliyinin deyil, digər aidiyyatı qurumların tapşırığı əsasında həyata keçiriləcək. Yeni yaradılan infrastruktur ən müasir tələblərə cavab verəcək və həmin ərazilərdə həyat dirçələcək.

 
Növbəti tədris ilindən tarix  dərsliklərinin məzmununda dəyişiklər ediləcək-Emin Əmrullayev

 

“Növbəti tədris ilindən tarix  dərsliklərinin məzmununda dəyişiklər ediləcək”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev ATV kanalında yayımlanan ATV Aktual verlişində deyib.

 

O, işğal tarixlərimizin dərsliklərə salınmasının vacib olduğunu vurğulayıb:

 

“Növbəti tədris ilindən təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək. Bu günə kimi müəllim və şagirdlərimizin qarşısında duran əsas məsələ Azərbaycan vətəndaşını torpaqların müdafiəsinə  hazırlamaq idi. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib. Növbəti vəzifəmiz əldə edilən uğurların qorunması və eyni zamanda gələcəkdə əvvəllər üzləşdiyimiz bu tip problemlərin həlli yollarının öyrədilməsidir. Eyni zamanda Şuşanın işğaldan azad edilməsi və Vətən Müharibəsi ilə bağlı bilgilərin məktəblilərə çatdırılması nəzərdə tutulub. Növbəti ildən bununla bağlı dərsliklərin məzmununda dəyişiklər ediləcək. Lakin yenə də işğal tarixlərini yadda saxlayacayıq, amma onlar azad olunma tarixləri ilə paralel tədris ediləcək”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları