Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-23 13:36:00
Hansı qalibiyyət fotoları dərsliklərdə üz qabığı olmalıdır? - SORĞU

44  günlük  Vətən  müharibəsi  Azərbaycan  ordusunun  tam  qələbəsi  ilə  yekunlaşdı.

 

Müharibə  müddətində  cəbhə  bölgəsindən  çəkilən  bir  çox  fotolar  xalq  arasında  böyük  qürur  və  sevinclə  qarşılanaraq  məşhurlaşdı. Hətta  bu  fotoların  dərsliklərin  üz  qabığına  salınması  ilə  bağlı  mövzu  gündəmə  gəldi.

 

Bəs  görəsən  jurnalistlərimiz  dərsliklərin  üz  qabığına  hansı  fotonun  salınmasını  istəyərdilər?

 

AzEdu.az  bu  mövzuda  jurnalistlərin  düşüncələrini  təqdim  edir:

 

Modern.az  saytının  baş  redaktoru, jurnalist  Əfqan  Qafarlı:

 

“Milli  Qəhrəman  Mübariz  İbrahimovun  düşmən  qüvvəsini  məhv  etdiyi posta  Azərbaycan  Bayrağı  sancılıb.  Həmin  anı  özündə  əks  etdirən  fotonun  dərsliklərdə  üz  qabığı  olmasını  istəyərdim.”

 

 

Minval.info  saytının  baş  redaktoru, cəbhə  jurnalisti  Məhəmməd  Türkmən:

 

“Düşünürəm  ki,  ümumilikdə  bütün  qəhrəmalarımızın  fotosu  dərsliklərdə  yer  almalıdır. Ancaq  mən  əsasən, Dövlətzadə  Cəbrayıl  və  topçu  Vüsal Şahkərəmovun  fotolarının  üz  qabığında  yer  almasını  istəyərdim.”

 

 Bakupost.az - Cəbrayıl Dövlətzadənin DASTANI...  

 

APA  informasiya  agentliyinin  müxbiri  Günay  Elşadqızı:

 

“Allah  bütün  şəhidlərimizə  rəhmət  etsin, yaralılarımıza  şəfa  versin. Müharibədə  iştirak  edən  bütün  əsgərlərimiz,  hərbçilərimiz  qəhrəmandır. Fikrimcə, elə Vüsalın  şəkli  düşmən  üçün  göz  dağı  olan  fotolardan  biridir, ona  görə elə o olsa yaxşıdır.”

 

 

 

Mediapress.az  saytının  redaktoru  Könül  Aypara:

 

“Bütün  əsgərlərimiz  hamısı  əsl  qəhrəmandırlar! Hamısının  fotosunu  istəyərdim. Aralarında  seçim  etmək  mümkün  deyil. Ancaq  düşünürəm  ki, topçu  əgərin  fotosu  əsl  simvoldur.”

 

“Azərbaycan  müəllimi” qəzetinin  əməkdaşı  Ruhiyyə  Daşsalahlı:

 

“Əslində  bir  millət  olaraq  insana  kimliyini xatırladan, görəndə  qürur  hissi  verən çox  sayda  foto  var.  Ancaq  ilk  ağlıma  gələn  topçu  Vüsal  Şahkərimovun  fotosudur.”

 

Qeyd  edək  ki, Təhsil  Nazirliyi  tərəfindən  "Azərbaycan  xalqının  tarixi  qələbəsinin tədrisdə  əks  etdirilməsi  haqqında"  Fəaliyyət  Planı  təsdiq  edilib.