Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-23 09:38:38
Bu universitetin məzun günündə tələbələr əllərində məşəllərlə yürüş keçirib

Bu il Türkiyədə buraxılış mərasimləri bir-birindən fərqli qeydlərlə  yaddaşlara həkk olunub.

AzEdu.az xarici mətbuata istinadən məlumat verir ki, Şərqi Aralıq Dənizi Universiteti (DAÜ) məzunları əllərində məşəllərlə buraxılış yürüşü keçiriblər. Məzun günündə 2 min 800-ə yaxın tələbə iştirak edib. Hamı bir ağızdan oxuduqları mahnıyla Şimali Kipr Türk Respublikasına və DAÜ-ə simvolik olaraq vida ediblər.

DAÜ rektoru professor Necdət Osam məzunlara yeni həyatlarında uğurlar arzulayaraq DAÜ ailəsi olaraq hər bir məzunla qürur duyduqlarını deyib.