Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-19 19:00:00
MDU üzvləri Vətən müharibəsi iştirakçılarının ailələrini ziyarət ediblər

 19 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin bir qrup üzvü Vətən Müharibəsində iştirak etmiş universitet əməkdaşlarından “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov, “Riyaziyyat” kafedrasının müəllimi Rövşən Babayev, “Mexanika” kafedrasının müəllimi Qaragöz Kərimov və texniki işçi Asim Misirzadənin ailələrini ziyarət ediblər


AzEdu.az xəbər verir ki,ziyarət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə dövlət tərəfindən yüksək diqqət və qayğının göstəriləcəyinə dair fikirləri xüsusi vurğulanıb. Ailə üzvləri hazırda ön cəbhədə xidmətini davam etdirən MDU əməkdaşlarına bir aylıq əməkhaqları məbləğində maddi yardımın ayrılması barədə məlumatandırılıb.


Göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkür edən müharibə iştirakçılarının ailə üzvləri universitet kollektivinin göstərdiyi həmrəyliyi yüksək qiymətləndiriblər.

Qeyd edək ki, MDU kollektivi şəhid, müharibə iştirakçısı və sosial qayğıya ehtiyacı olan ailələri daim diqqət mərkəzində saxlayır.