Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 14:12:00
Növbəti tədris ilindən tarix  dərsliklərinin məzmununda dəyişiklər ediləcək-Emin Əmrullayev

“Növbəti tədris ilindən tarix  dərsliklərinin məzmununda dəyişiklər ediləcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev ATV kanalında yayımlanan ATV Aktual verlişində deyib.

 

O, işğal tarixlərimizin dərsliklərə salınmasının vacib olduğunu vurğulayıb:

 

“Növbəti tədris ilindən təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək. Bu günə kimi müəllim və şagirdlərimizin qarşısında duran əsas məsələ Azərbaycan vətəndaşını torpaqların müdafiəsinə  hazırlamaq idi. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib. Növbəti vəzifəmiz əldə edilən uğurların qorunması və eyni zamanda gələcəkdə əvvəllər üzləşdiyimiz bu tip problemlərin həlli yollarının öyrədilməsidir. Eyni zamanda Şuşanın işğaldan azad edilməsi və Vətən Müharibəsi ilə bağlı bilgilərin məktəblilərə çatdırılması nəzərdə tutulub. Növbəti ildən bununla bağlı dərsliklərin məzmununda dəyişiklər ediləcək. Lakin yenə də işğal tarixlərini yadda saxlayacayıq, amma onlar azad olunma tarixləri ilə paralel tədris ediləcək”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları