Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 09:55:00
Peşə təhsili üzrə “Dərs vaxtı” proqramı cədvələ uyğun təqdim edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 17-nə olan cədvələ uyğun yayımlanıb.

 

Agentlikdən AzEdu.az-a bildirilib ki, proqramda hesablama əməliyyatları, avtomatika üzrə usta, İKT və proqramlaşdırma, turizm sahəsində iaşə üzrə mütəxəssis, avtomobillərin təmiri çilingəri və avtomobil sürücüsü, mehmanxana inzibatçısı, avtomobil diaqnostikası və təmiri ixtisasları üzrə dərslər təqdim olunub.

 

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.