Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 12:58:00
“Virtual  məktəb”də  şifrəni  necə  dəyişmək  və  bərpa etmək  olar? – Buradan öyrənin  

 Təhsil  Nazirliyi  tərəfindən  pandemiya  müddətində  orta  məktəblərdə dərslərin  davam  etdirilməsi  məqsədi  ilə  “Virtual  məktəb” platforması  istifadəyə  verilib.

 

Bu  platformada  şagirdlər  üçün   “Microsoft  Teams”  üzərindən  hesablar  açılır  və  onlar  məktəb  rəhbərliyi  tərəfindən  qurulmuş  elektron  siniflərə  əlavə  edilərək  onlayn  dərslərdə iştirak  edirlər.

 

Bu  zaman  əksər  şagirdlərin  yaşadığı  əsas  problem  hesaba  daxil  olmaq  üçün  təyin  etdikləri  şifrənin  unudulması olur.

 

AzEdu.az  xəbər  verir  ki,Microsoft  Teams”da  şifrəni  bərpa  etmək  və  ya  dəyişmək  üçün  aşağıdakıları  edə  bilərsiz:

 

1.İlk  olaraq  Google – da  “Virtual  məktəb”in  saytına  daxil  olursuz. Açılacaq  səhifədə  Virtual  məktəbə  daxil  ol  hissəsini  seçirsiz.  Sign  in  yazılmış  hissədə  məktəb  tərəfindən  sizə  təyin  edilən  e-male  (məsələn: [email protected])  ünvanını  qeyd  edin. Daha  sonra  next (növbəti)  yazılan  hissəni  seçin.  Yeni  açılan  səhifədə  sizdən  parolu  daxil  etməyiniz  tələb  ediləcək.  Şifrəni  unutduğunuz  üçün  səhifənin  ən  aşağısında  qeyd  edilən  Forgot  my  password (şifrəni  unutmuşam)  hissəsini  seçin.

 

2.Daha sonra “Virtual  məktəb”ə  daxil  olanın  və  şifrəni  bərpa  etməyə  çalışanın  həqiqətən  siz  olduğunuzu  təsdiqləmək  üçün  bir  sınaq  təqdim  ediləcək. Açılan  səhifənin  User  ID  hissəsində  məktəb  tərəfindən  sizə  təyin  edilən  e-male –i  qeyd  edilib. E-malenin  aşağı  hissəsində  böyük   və  fərqli  şriftlə  hərf  və  rəqəmlərdən  ibarət  bir  yazı, yəni  təhlükəsizlik  kodu  təqdim  ediləcək. O  yazıda  gördüyünüz  hərf  və  rəqəmləri  aşağıda  verilmiş  boş  xanaya  olduğu  kimi  qeyd  edin. Bu,  platformaya  daxil  olanın  və  şifrəni  dəyişənin  siz  olduğunuzu  müəyyənləşdirmək  üçün  təhlükəsizlik  tədbiridir. Səhv  qeyd   etdiyiniz  təqdirdə  sizə  yeni  təhlükəsizlik  kodu  təqdim  ediləcək, narahat  olmayın  və  o  kodu  əvvəl  olduğu  kimi  eyni  şəkildə  qeyd  edin.

 

3.Daha sonra nexti  seçməklə  yazdığınız  kodu  təsdiq  edin. Kod  təsdiq  edildikdən  sonra  növbəti  səhifə  açılacaq. Açılan  səhifədə  məktəb  tərəfindən  sizə  təyin  edilən  deyil, sizin  “Virtual  məktəb”də  qeydiyyatdan  keçdiyiniz  öz  e-malenizə  kod  göndərilməsi  üçün  aşağıda  qeyd  edilən  Emale  hissəsinə  toxunun.  Bu  zaman  virtual  məktəbə  qeydiyyatdan  keçdiyiniz  Emaleyə rəqəmlərdən  ibarət  kod (məsələn: 861345)  göndəriləcək.  E-malenizə  baxın  və  oraya  göndərilən  yeni  kodu  “Virtual  məktəb”də  açılan  növbəti  səhifədə  sizdən  tələb  edilən  Enter  your  verification  code  hissəsinə  qeyd  edin  və  nexti  seçərək  təsdiq  edin.

 

4.Artıq siz  öz  hesabınıza  yeni  şifrə  təyin  edə  bilərsiz.  Bunun  üçün  açılan  növbəti  hissədə  Enter  new  password  yazılan  xanada  hərf  və  rəqəmlərdən  ibarət  yeni  təyin  etmək  istədiyiniz  şifrəni  qeyd  edin. Aşağı  hissədə  Confirm  new  password  yazılan  xanada  təyin  etdiyiniz  yeni  şifrəni  bir  daha  qeyd  edin. Bu  sizin  təyin  etdiyiniz  yeni  şifrəni  təsdiq  etmək  üçündür. Daha  sonra  bir  daha  nexti  seçin. Yeni  açılacaq  səhifədə  Get  back  into  your  account (Hesabını  bərpa  et)  yazılıb. Səhifədə  verilən  cümlənin  sonunda  click  here  yazılan  hissəyə  daxil  olun.

 

Və  siz  Sign  in  yazılan  hissəyə  məktəb  tərəfindən  təyin  edilən  emaleni,  nexti  seçdikdən  sonra  açılan  səhifədə  isə  yeni  təyin  etdiyiniz  şifrəni  qeyd  edərək  öz  Microsof  Teams  hesabınıza  rahatlıqla  daxil  ola  bilərsiz.

 

Qeyd  edək  ki,unutduğunuz  şifrəni  bərpa  etmək  üçün  buraya  daxil  olaraq  video  formatda  izahla  tanış  ola  bilərsiniz.