Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 14:00:00
Qorxmayın, əllərindən ALIN – Məktəblərə və valideynlərə ÇAĞIRIŞ

Məktəblər və valideynlər smartfon və digər elektron qurğuları yeniyetmələrdən uzaqlaşdırmaqdan qorxmamalıdırlar.

Bu haqda AzEdu.az xarici KİV-ə istinadən xəbər verir.

Londonda Qızlar Günü Məktəbi Təşkilatı konfransında danışan “Eton” özəl təhsil müəssisəsinin direktoru Simon Henderson 9 yaşındakı uşaqların gecə saatlarında cihazlarını təslim etmələrini  istəyib. Onun sözlərinə görə, nə qədər inandırıcı olmasa da onlar bu fikri xoşlayıblar. Amma  valideynlər və məktəblər bunu etmək istəməyiblər.

“Lakin onlar bu fikri uşaqlar üzərində tətbiq etdilər və  gecə saatlarında 9-cu sinif şagirdlərinin cihazlarını əllərindən aldılar.

Biz oğlan uşaqlarının hiddətlənəcəyini düşündük, amma əksinə  bu  onların həqiqətən xoşuna gəldi. 9, 13 və 14 yaşlarında olan oğlanlar elektron cihazlarını 21: 30-da təhvil verib və onları 07: 45-də geri götürdülər”-deyə o, bildirib.

Fərdi məktəb siyasəti

Britaniyada bir çox məktəblərdə - həm dövlət, həm də özəl məktəblərdə şagirdlərin məktəbdə mobil telefonlardan istifadəsi  qadağan edilir.

İngiltərədə müəllimlər şagirdlərin əşyalarını götürə bilər. Bu  onların qanuni hüquqlarıdır. Lakin mobil telefondan istifadə ilə bağlı hökumət siyasəti yoxdur. Buna görə də , fərdi məktəblər  bu məsələ ilə bağlı öz qaydalarına əməl edirlər. Məktəblərdə mobil telefonların qadağası şagirdlərə bir təhsil ili boyunca əlavə bir həftəlik təhsil vermək  imkanı yaradır.

Araşdırmalar İngilitərədə, dörd məktəbdə  aparılıb. Nəticəyə görə, telefonların  qadağan edilməsi  test ballarını 6% -dən çox artırıb.

Leyla Qulami