Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 13:45:00
Son illərdin təhsil ulduzu –SAT imtanahında iştirak şərtləri – Tələbələrin diqqətinə  

Xaricdə təhsil almaq üçün  beynəlxalq imtahanlardan biri də SAT (Scholastic Aptitude Test)dır. Bu, Amerikada bakalavr təhsili almaq istəyən amerikan və xarici vətəndaşlar üçün yaranan,  daha sonra digər ölkələrdə də bu imtahandan istifadə etmişlər.

Hazırda azərbaycanlı gənclər YÖS-dən daha çox SAT  imtahanı verərək, Türkiyənin nüfuzlu dövlət universitetlərinə qəbul olmaq istəyirlər. 

İmtahan haqqında

SAT  imtahanı SAT 1 və SAT 2 olmaqla iki hissəyə bölünür. Bunlar arasındakı fərqlər var.

SAT 1 – “Reasoning Test” bu hissəyə 3 saat 45 dəqiqə vaxt ayrılır və test imtahanıdır. Burada tələbənin riyaziyyat və məntiqi biliyi yoxlanılır. SAT 1 özü də 3 hissəyə bölünür: “Riyaziyyat (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə  oxuma), “Writing” (Yazı qabiliyyəti).

Hər bir hissə isə 200-800 arası balla qiymətləndirilir. Amerika universitetlərinə qəbul olmaq istəyənlər 3 bölmənin hər birindən imtahan verməlidir. Türkiyə universitetləri üçün isə “Riyaziyyat” və “Critical Reading” bölmələrindən imtahan vermək kifayətdir.

SAT 2 “Subject Test” isə 1 saatlıq test imtahanıdır. Bu hissədə suallar daha çox seçmə fənnlərdən ibarət olur. SAT 2 imtahanında da qiymətləndirmə 200-800 bal arası dəyişir. Bu hissədə fənnlərdən İngiliscə, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin dillərindən sizə uyğun birini seçə bilərsiniz. Amma burada sənəd verəcəyiniz universitetin tələblərini nəzərə almalısınız. Ümumiyyətlə SAT 2 imtahanını daha prestijli universitetlərə qəbul üçün vermək lazımdır.

SAT imtahanlarını hər ölkədə keçirən rəsmi imtahan mərkəzləri var.Azərbaycanda isə DİM ilk dəfə 2015 ci ilin yanvar ayının 24 – də imtahan götürüb.  

Qeyd edək ki, SAT  imtahanı vasitəsi ilə azərbaycanlı tələbələr ADA Universiteti və UNEC-ə də qəbul ola bilərlər. 

İldə 7 dəfə keçirilən imtahanlar ortalama hər iki aydan bir baş tutur. İmtahana qeydiyyat üçün SAT-ın rəsmi mərkəzi olan “College Board”ın  (http://sat.collegeboard.com/) saytına daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz.

İmtahan qiymətlərinə gəlincə bu, ölkələrə görə dəyişir. Azərbaycanda isə 86 dollardır.

SAT imtahanına hazırlaşmaq üçün sizin ingilis diliniz  upper-intermediate (B2) olmalıdır çünki dərsləriniz ancaq ingilis dilində olacaq və imtahana hazırlıq üçün 6-8 ay kifayət edir. SAT imtahanın Azərbaycanda ilk imtahan mərkəzi statusunu 2007-ci ildən CELT Colleges almışdır. SAT imtahanını verən tələbələrimiz Amerika və Türkiyənin tanınmış universitetlərində təhsil alırlar.

Qısada olsa bu yazı ilə oxucularımıza köməkliyim dəydisə özümü xoşbəxt hiss edirəm. Daha sonraki yazılarımda digər imtahanlar haqqındada məlumatı sizinlə paylaşacam.