Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 13:16:00
Məşhur futbolçu olan  merdən  uşaq bağçaları ilə bağlı xəbərdarlıq: “Bu bataqlıqdan çıxmalıyıq”  

AzEdu.az gürcü mətbuatına istinadən məlumat verir ki, Tbilisi meri Kaxa Kaladze ölkədəki uşaq bağçalarının rəhbərlərinə xəbərdarlıq edib:

“Heç kim uşaqların qeydiyyatı prosesində tanışlıqla iş görməməlidir! Biz bu bataqlıqdan çıxmalıyıq. Elektron sistem var. Təbii ki, hamını razı salmaq mümkün olmayacaq. Amma biz öz vicdanımız qarşısında haqlı olmalıyıq".

Kaladzenin bu xəbərdarlığı Gürcüstanda son vaxtkarda baş verən hadisələrlə bağlıdır.

Qeyd edək ki, ötən il Tbilisi meri seçilən Kaxa Kaladze Gürcüstan həm də futbol yığmasının sabiq kapitanıdır. O, Tbilisi və Kiyevin “Dinamo”, İtaliyanın Milan və Cenoa  komandalarında müdafiəçi mövqeyində oynayıb. Ölkənin ən yaxşı futbolçularından biri sayılan mer iki dəfə Çempionlar Liqasının qalibi olub. Siyasi karyerasına Gürcü Arzusu Partiyasında başlayan K. Kaladze hələ 2012-ci ildə enerji naziri təyin olunub.