Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 13:00:00
Abituriyentlər ixtisas seçimində ən çox nələrə diqqət edir – SORĞUNUN NƏTİCƏLƏRİ

Artıq ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi başa çatıb. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün imtahandan sonrakı çətin və bir o qədər də məsuliyyətli iş məhz ixtisas seçimidir.

AzEdu.az saytı “ixtisas seçimində ən çox nəyə diqqət edirsiniz?” mövzulu sorğunun cavablarını açıqlayır. Sorğu nəticələrinə əsasən, abituriyentlər ixtisas seçimi edərkən ən çox univesitetlərin xarici universitetlərlə əlaqələrinə üstünlük verir və öz seçimlərini əsas götürürlər.

Sorğunun cavablarını təqdim edirik:

Əməkdaşlıq, tərəfdaşlıq və xarici universitetlərlə əlaqələrinə görə - 22.9%
Öz seçimimə - 22.9%
İş imkanlarına – 21.3%
Təhsilhaqqına – 11.4%
Beynəlxalq reytinq cədvəllərindəki mövqeyinə - 6.55%
Dövlət, yoxsa, özəl universitet olmasına – 4.91%
Universitetin paytaxt və ya bölgədə yerləşməsinə - 3.27%
Yerli və ya əcnəbi universitet olmasına – 3.27% 
Universitetin maddi-texniki bazasına və müasir tədris keyfiyyətinə - 3.27%
Yaxınların məsləhətlərinə - 1.63%