Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-12 13:57:00
MİQ müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək?-CAVAB

 

 

 

Ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti və Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya şəraitində imtahanların keçirilməsinə dair tələb və tövsiyələrini nəzərə alaraq, builki müəllimlərin işə qəbulu müsabiqəsinə əvvəlki illərdən fərqli olaraq xüsusi şərtlər tətbiq edildi.

 

 Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində, bir məkanda deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə əvvəlcədən elan edilmiş qrafikə uyğun olaraq təşkil edildi.

 

Hər bir imtahan mərkəzində eyni zamanda imtahanda iştirak edəcək namizədlərin və təşkil ediləcək imtahan sessiyaların sayına məhdudiyyət tətbiq olundu.

 

İmtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID‑19 testindən keçirildi.

 

Builki imtahanda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan və imtahanda iştirak etməkdə əsas məqsədi özünü sınamaq, əvvəlki imtahanda qazandığı nəticələri yaxşılaşdırmaqla iş yerini dəyişdirmək və ya ikinci iş yeri qazanmaq olan müəllimlər bu imtahanlarda iştirak etmədilər.

 

Bu namizədlərə növbəti aylarda əlavə olaraq təşkil ediləcək yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək.

 

Müsabiqənin müsahibə mərhələsi onlayn şəkildə təşkil ediləcək.

 

Hazırda bu il işə qəbul olunan müəllimləri ən çox maraqlandıran sual isə, müsahibə mərhələsinin nə vaxt keçirilməsi ilə bağlıdır.

 

AzEdu.az mövzu ilə bağlı, İnsan Resursları Mərkəzinin direktor əvəzi Murad Camalzadə ilə əlaqə saxladı.

 

M.Camalzadə müsabiqənin müsahibə mərhələsinin keçirilmə tarixi haqda məlumatın olmadığını bildirdi:

 

“Hazırda müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin keçirilmə tarixi haqda rəsmi məlumat yoxdur”.