2018-06-22 11:27:00
Bakıda məktəb direktoru şagirdlərə məcburi Fəxri Fərman və diplom satır - 5 MANATA
Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 307 saylı tam orta məktəbdə şagirdlərdən zorla qanunsuz pullar yığılır.
AzEdu.az unikal.org-a istinadən xəbər verir ki, bu barədə redaksiyamıza şagirdlərin valideynləri məlumat veriblər.
Məlumatda bildirilir ki, məktəbdə şagirdlərdən müxtəlif vasitələrlə pul yığılır. Valideynlərin sözlərinə görə, məktəb direktoru Rövşən Qasımovun təkidi ilə şagirdlərə Fəxri Fərman və diplomlar satılır. Bu sənədlərin satışı isə məcburidir. Belə ki, hər sinif rəhbəri valideynləri yığaraq onların hər birindən 5 manat pul tələb edir. Əvəzində isə müəllimlər valideynlərə övladlarının adına yazılmış diplomlar satır.
Diplom guya ki, şagirdin orta məktəbdə özünü nümunəvi aparması, dərslərə davamiyyəti və yaxşı oxuması haqqında verilir. Şagirdlər deyirlər ki, bu cür diplomlar 1 ci sinifdən 11-ci sinfə qədər hər bir şagirdin adına yazılır. Diplom və ya təltifnamə hazır olan kimi sinif rəhbərlərinə təqdim edilir və hərəsinə görə müəllimdən 5 manat tələb olunur. Müəllimlər də həmin təltifnamələri şagirdlərə və onların valideynlərinə verməklə onlardan 5 manat tələb edir. Valideynlər bildirirlər ki, orta məktəbdə 86 sinif var. Hər ay hər sinifdən ən azı 15-20 şagirdə təltifnamə verilməlidir:
"Dəfələrlə müəllimlərə şikayət etsək də, şikayətlərimiz nəzərə alınmır. Müəllimlər deyirlər ki, diplomlar məcburidir. Hər ay 5 manat verib diplom alırıq”.
Valideynlər bildirirlər ki, bununla bağlı məktəb direktoruna narazılıq etsələr də, direktor bu özbaşınalığa son qoymur. Çarəsiz qalan valideynlər bununla bağlı Təhsil Nazirliyinə müraciət ediblər.
Məsələ ilə bağlı 307 saylı məktəbin direktoru Rövşən Qasımovla əlaqə saxladıq. Direktor məktəbdə şagirdlərə təltifnamə verildiyini təsdiqləsə də, buna görə pul tələb olunduğunu inkar edir.
Bu bölməyə aid digər xəbərlər
Gənc gimnastlarımız Qazaxıstanda 6 medal qazanıblar
2024-03-23 17:52:00
Şəkidə 13 yaşlı yeniyetmə xəstəxanada ölüb
2024-03-19 08:51:40
Şəhid övladı Novruz tonqalını alovlandırdı
2024-03-18 17:45:46
Bərdədə azyaşlını it dişləyib
2024-03-18 17:41:28
DTX: Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
2024-03-12 17:18:50
Folklorşünas alim: Yel çərşənbəsi təbiətin həyatverici gücüdür
2024-03-12 10:26:53
Məcburi köçkün məktəbinə yerli şagirdlərin qəbul edilməməsinə aydınlıq gətirilib
2024-03-11 14:45:03
Azərbaycanda rus bölməsində təhsil alan tələblərin SAYI
2024-03-06 17:34:54
Paralimpiya çempionu məktəblilərlə görüşəcək
2024-02-29 12:52:19
Ombudsman: Müəllimlərin bir neçə fənni tədris etməsi narazılığa səbəb olur
2024-02-29 10:59:01
kitabı
ÇOX OXUNANLAR
22 Mart 2024, 14:01
Qəbul imtahanları asan olacaq? – “Abituriyentlərdə yersiz rahatlıq var”
23 Mart 2024, 10:05
Məntiq dərsinin məktəblərdə tədrisi niyə vacibdir? - ŞƏRH
22 Mart 2024, 09:50
Ali məktəblərə qəbul prosesi: Universitetlərə həvalə olunsa...
24 Mart 2024, 15:37
Qapı arxasında qalan 4 yaşlı uşaq belə xilas edildi - Video
19 Mart 2024, 17:30
Orta ixtisas təhsili müəssisələrinə direktor təyinatı qaydası dəyişib
21 Mart 2024, 11:14
Bağça müəllimlərinin sertifikasiyası: Psixoloji vəziyyətləri yoxlanılmalıdır
24 Mart 2024, 12:15
Şagirdlərdə riyaziyyat fənninə necə maraq oyatmaq olar?
24 Mart 2024, 17:26
Tələbələrin köçürülməsi ilə bağlı yeni QAYDALAR
FACEBOOK