Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 11:13:00
Şagirdlər yay tətilində dərs oxumamalıdır – Müəllim və psixoloqdan iradlar  

Yay tətilinin başlaması hamıdan çox  şagirdlərin sevincinə səbəb olur. Dərs prosesinin  yorğunluğunu çıxarmaq  istəyən şagirdlər,  tətil sevincini yaşamağı səbirsizliklə gözləyirlər. Bu müddətdə sahiblənəcəkləri fiziki və mənəvi dinclik, yaxşı  istirahət, onlar üçün  sonrakı mərhələdə yeni uğurların əsası sayılır. 

 Bəs,  şagirdlər yay tətilini  necə dəyərləndirməli, bu zaman kəsimini doğru-düzgün necə qiymətləndirməlidirlər? 

AzEdu.az bununla bağlı uşaqlarla mütəmadi işləyən psixoloq, eləcə də, valideyn, müəllimənin fikrini öyrənib. 

Psixoloq  Fərqanə Mehmanqızının sözlərinə görə, yay tətili hər bir uşağın  özünün xarakterinə uyğun dəyərləndirilsə,  daha yaxşı olar: 

“Uşaqlar onsuz da  dərslərin  yorğunluğundan yenicə qurtulublar. Lakin bundan sonra da onlar yenidən müxtəlif  tədris kurslarına göndərilir. Elə valideynlər var ki xarici dili təkmilləşdirmək üçün övladlarını xarici dil kurslarına qoyurlar. Deyərdim ki, bunu etməsinlər. 

Çünki  beyin istirahət etməlidir ki, yeni dərs ilinə daha yaxşı, güclü  və həvəsli başlasın. Burada bir neçə önəmli faktor var: onlardan  biri uşaqların dərsə, kitab- dəftərə  marağını azaltmamaqdır. Tətil müddətində  bir uşağın kitab-dəftərdən iyrənməməyinə nail olsaq, o, tədris ilində dərslərə daha  çox maraq göstərəcək. Uşaqların tətili necə keçirməsi haqqında ümumi qayda yoxdur.

Tətil boyunca uşaqlarda kitab oxumaq adətini unutdurmamaq. Kitab mütaliəsi iradə  məsələsidi. Hər bir  uşaq, bütün əyləncələrdən özünü çəkib kitaba doğru getmək üçün güclü iradə sahibi olmalıdır.   Bir  uşağa kitab oxuma, özünü idarəetmə adətini alışdırandan sonra, ona  hər hansı bir bədii əsər oxumağı məsləhət görməyə ehtiyac yoxdu.   O, özünə müəyyən saatları  ayırıb,  kitab oxuyacaq. 

Valideyn Məmmədxanlı Arzunun sözlərinə görə, yeni dərs ilində   mövzuları yaxşı qavramaq üçün uşağın istirahəti önəmlidir: 

“Uşaqların bilik səviyyələrini  daha da artırmaq  və əldə edilmiş   bilikləri möhkəmləndirmək üçün  üçün yay tətili mühüm rol oynayır. Bu zaman  ərzində  uşaqlar özlərini  təkmilləşdirir və yeni   dərs illində    daha da möhkəm addımlarla irəliləyirlər. Keçirilən biliklərin təkrarlanması  baxımından yay tətili vacib rol oynayır. Həmçinin bu zaman axımında  uşaqlar  həm istirahət edir, gəzir,əylənir, həm də  təhsillərini fərdi şəkildə  davam etdirir. Bir valideyn olaraq uşaqlarımızın yay tətilində vaxtını səmərəli keçirməsinə, vətənimizin gəzməli görməli yerlərin ekskursiyalar etməsinə  kömək etməliyik.” 

Saatlı rayonu Hacıqasımlı kənd tam orta  məktəbin ibtidai sinif müəllimi Aynur Qarayevanın sözlərinə görə, yay tətilində şagirdləri   dərslərlə,elmlə  məşğul olmağı  çox qənaətbəxş saymıram: 

“İbtidai sinif şagirdləri  yay tətilində mütləq olaraq başqa rayonlara,   gəzməli və tarixi yerlərə  səyahət etməli öz dünyagörüşünü, bazasını formalaşdırmalıdırlar. Valideynlər tətil zamanı uşağın əməyini istismar  etməməlidir.”  

Günel Yaşarqızı