Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 11:00:00
ALES-in etibarlılıq müddətini 5 ilədək uzadan əsasnamə dayandırıldı

ALES-in etibarlılıq müddətini 5 ilədək uzadan əsasnamənin dayandırılması qərarı verilib.

AzEdu.az xəbər verir ki, bunu  YÖK sədri Yekta Sərrac deyib.

Onun sözlərinə görə, sınaq etibarlılıq müddətini nəzərə alaraq ALES-ə girməyənlərin çaşqınlıq içində qaldıqlarını bilirik:

“Bu problemin həlli ilə bağlı işlər gedir. Bu mövzuda ən qısa müddətdə lazımi addımı ataraq sizlərlə bölüşəcəyik".

Qeyd edək ki, Sərrac “Tvitter”də 27 sentyabr 2017-ci ildə ALES sənədinin etibarlılıq müddətinin 3 ildən 5 ilə çıxarılmasına dair əsasnaməyə edilən dəyişikliyin dayandırıldığını bildirib.