Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-10 14:37:00
Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat yekunlaşdı  

 

2020-2021-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 9-da elan olunmuş qeydiyyat başa çatıb.

 

AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 1284 (Azərbaycan bölməsi - 1152, rus bölməsi – 132) ərizəsini təsdiqlədib. İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 90 manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (90 manat) silinir.

 

Xatırladaq ki, doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanı proqramları Azərbaycan və rus dillərində, həmçinin doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat DİM-in internet saytında yerləşdirilib. İmtahanın tarixi haqqında yaxın günlərdə məlumat veriləcək.