Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 10:18:24
Nazirlik 4123 nəfər məktəbəhazırlıq müəlliminə təlim keçib

Təhsil Nazirliyinin illik hesabatına əsasən, 2017-ci il ərzində 4.123 nəfər məktəbəhazırlıq müəlliminə təlim keçirilib.

AzEdu.az xəbər verir ki, müxtəlif ali və əlavə təhsil müəssisələri, həmçinin TİPİİ (Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutu) tərəfindən keçirilmiş ixtisasartırma təlimlərində iştirak etmiş  11.000 nəfərə yaxın müəllimin yekun qiymətləndirilməsi aparılıb və onlara müvafiq sertifikatlar verilib.

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlərin əhatə dairəsi ötən illə müqayisədə 10% artırılaraq iştirakçı sayı 4.123 nəfər edib.

Qeyd edək ki, məktəbəqədər təhsilin uşaqların intelektual, fiziki və psixoloji inkişafında rolunu prioritet tutaraq məktəbəhazırlıq qruplarının sayı artırılıb. Ötən illə müqayisədə 2016-cı ildə məktəbəhazırlığın əhatəliliyi 55% idisə, bu il həmin göstərici 65%-dək yüksəlib. 2020-ci ildə bu göstəricinin 90%-ə çatdırılması nəzərdə tutulub.