Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 09:50:00
Ötən il peşə məktəblərinə nə qədər şagird qəbul olunub?

2017/2018-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı artırılıb.

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin illik hesabatındakı məlumata əsasən, qəbul planı artırılaraq 20.950-yə çatdırılıb.

Ayrılan yerlər əvvəlki ildən 2.130 yer çoxdur.  2017/2018-ci tədris ili üçün dövlət və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinə 11.600 nəfər dövlət sifarişli, 9.350 nəfər isə ödənişli əsaslarla olmaqla, cəmi 20.950 nəfər şagird qəbulu nəzərdə tutulub.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.